Azərbaycan millisinin futbolçusu Portuqaliya klubuna transfer oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin futbolçusu Portuqaliya klubuna transfer oluna bilər

İdman

09 İyun 2025 20:01 410


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Türkiyənin "Ankaragücü" klubunun üzvü Həsən Nəzərli komandasını dəyişə bilər.

Yenisabah.az "Teleqraf"a istinadən xəbər verir ki, Nəzərli Avropanın bir sıra ölkələrdən dəvətlər aldığını söyləyib: "Portuqaliya və Serbiya çempionatlarının klublarından təkliflərim var. "Ankaragücü" də məni komandada saxlamaq istəyir. Son qərarımı bir həftəlik istirahətdən sonra verəcəyəm".

O, Azərbaycana dönüşünün hələlik mümkünsüz olduğunu əlavə edib. pizza sifarişi

Nəzərli iyunun 9-da evdə Monteneqro yığması ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq oyununa yaxşı hazırlaşdıqlarını bildirib: "Üstün tərəf biz idik. Əldə etdiyimiz qol epizodlarından yararlana bilmədik. Belarus millisinə 1:3 hesabı ilə məğlub olduğumuz oyunda da belə idi. Bu da konsentrasiyamızın əskik olmasına görədir. Digər xüsusiyyətlərimiz isə yaxşı idi. Növbəti oyunlarda daha da güclü olacağımıza inanıram".

Xatırladaq ki, Həsən Nəzərli 2023-cü ilin martından "Ankaragücü"nün akademiyasında çıxış edir. O, ötən mövsüm paytaxt təmsilçisinin əsas komandasında 5 oyunda iştirak edib. Nəzərli gənclərdən ibarət kollektivlə isə meydana çıxdığı 14 oyunda 7 qola imza atıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!