Azərbaycan millisinin hücumçusu Macarıstan klubunda

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin hücumçusu Macarıstan klubunda

İdman

10 Sentyabr 2020 09:50 962


Qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Anastasiya Bessonovanın yeni klubu bəlli olub.

Yenisabah.az xəbər verir ki, 21 yaşlı gənc hücumçu karyerasını Macarıstanda davam etdirəcək.

Anastasiya “Bekeşçaba” ilə müqavilə imzalayıb. O, yeni komandası ilə bir mövsümlük anlaşıb. Bessonova 2020/21 mövsümündə Macarıstan təmsilçisinin şərəfini qoruyacaq. pizza sifarişi

Voleybolçumuz iki ay öncə “Azərreyl”lə müqavilə imzalamışdı. Lakin avrokuboklarda oynamaqdan imtina edən Bakı klubu əksər oyunçuları ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Təmsilçimizlə anlaşmasını qarşılıqlı razılaşma ilə pozduqdan sonra Anastasiya Macarıstan variantına üstünlük verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!