Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur

İdman

16 Mart 2023 13:36 1119


Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, yığma üzvlərindən Xətai Bağırov və Xəzər Ağalızadə ölkəyə gömrük sərhədində bəyan edilməmiş mallar keçirmək istəyiblər.

İttihama görə, onlar “Iphone” markalı mobil telefon və qiymətli qol saatlarını Azərbaycana keçirmək istəyiblər. pizza

Futzalçılar malları Türkiyədə əldə edib, Qaçaqmalçılıqla İstanbuldan Azərbaycana gətirən zaman isə gömrükçülər tərəfindən saxlanılıblar.

Xətai Bağırov və Xəzər Ağalızadəyə qarşı Cinayət Məcəlləsinin 206 (qaçaqmaçılıq) maddəsi ilə ittiham verilib, barələrində ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!