“Azərbaycan millisinin müdafiəsini yarmaq çətin idi“   - Serbiyalı futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan millisinin müdafiəsini yarmaq çətin idi“ - Serbiyalı futbolçu

İdman

31 Mart 2021 13:17 761


“Paltardəyişmə otağında atmosfer əla idi. Gəlin, belə davam edək. Bununla kifayətlənməyəcəyik. Bundan əvvəl iki çox çətin və yorucu oyun keçirdik. 10 gündə üç oyuna çıxmaq asan deyil”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Serbiya millisinin üzvü Aleksandr Mitroviç DÇ-2022-nin seçmə mərhələsində yığmamıza qalib gəldikləri oyundan (2:1) sonra deyib.

Dubl edərək komandasına qaələbə qazandıran İngiltərənin “Fulhem” klubunun hücumçusu millimizin müdafiəsini yarmağın çətin olduğunu bildirib: pizza mizza

“Buraya favorit kimi gəlmişdik. Ancaq belə şəraitdə arxayınlıq yaranır. Bəlkə də erkən qol vurmasaydıq, hər şey fərqli olacaqdı. Oyun yaxşı keçdi. Rəqibin müdafiəsini yarmaq çətin oldu, amma ən əsası işimizi görməyimiz və yeddi xalla evə qayıtmağımızdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!