Azərbaycan millisinin üzvü əməliyyat olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin üzvü əməliyyat olundu - Foto

İdman

02 Oktyabr 2024 18:19 631


Qılıncoynatma üzrə Azərbaycan millisinin üzvü Anna Başta əməliyyat olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Hakimov məlumat verib.

28 yaşlı sablyaçı apreldə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda ayağından aldığı zədəyə görə Rusiyanın Sank-Peterburq şəhərində əməliyyat edilib. Marqarita pizza

Hazırda idmançının durumu yaxşıdır. Həkimlər onun 2025-ci ilin yanvar-fevral aylarında məşqlərə qatılacağını bildirib.

Qeyd edək ki, Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında uduzaraq yarışı medalsız başa vurub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!