Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven" Niderland çempionatında növbəti oyununa çıxıb.
Yenisabah.az xəbər verir ki, komanda öz meydanında "Maastrixt" ilə qarşılaşıb. Görüş "Eyndhoven"in məğlubiyyəti ilə başa çatıb - 0:3.
Ozan Can bu görüşün iştirakçısı olub. Start heyətdə yer alan futbolçu sona qədər oynayıb. pizza
"Eyndhoven" Niderland 1-ci liqasında 23 turdan sonra 30 xalla 13-cü sıradadır.
Telegram kanalımız