İngiltərənin "Vulverhempton" klubu UEFA Avropa Liqası üçün yeni iştirak ərizəsini UEFA-ya təqdim edib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda futbol üzrə Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da yer alıb. Lakin iştirakçılar siyahısında 21 yaşlı hücumçunun vətəndaşlığı almaniyalı kimi göstərilib.
"Vulverhempton" 1/16 finalda İspaniya "Espanyol"u ilə üz-üzə gələcək. Bu komandalar arasında ilk görüş fevralın 20-də evdə, cavab görüşü fevralın 27-də səfərdə keçiriləcək. Dördpendirli pizza
Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, bu ildən "Vulverhemton"un U-23 komandası ilə matçlarda iştirak edib.
Onu da əlavə edək ki, Renat bundan əvvəl Almaniya millisinin aşağı yaş üzrə komandalarında çıxış edib. Çıxışı ilə diqqət çəkən futbolçu milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunub.

Telegram kanalımız