Azərbaycan millisinin üzvü Türkiyə çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin üzvü Türkiyə çempionu oldu

İdman

21 İyul 2020 22:14 922


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin "Başakşehir"də çıxış edən üzvü Emre Kaplan Türkiyə çempionu olub.

Yenisabah.az xəbər verir ki, yarımmüdafiəçi Superliqanın bərpasından sonra əsas komandaya cəlb edilib.

Buna baxmayaraq, baş məşqçi Okan Buruk gənc oyunçuya şans verməyib. Kaplan "Başakşehir"in iyulun 4-də səfərdə "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etdiyi görüşdə və iyunun 28-də səfərdə "Qalatasaray"la 1:1 hesablı bərabərə qaldıqları matçda ehtiyat oyunçular skamyasında əyləşib. pizza mizza

Beləliklə, o, çempionluq qazanan heyətdə yer alıb. Bu münasibətlə AFFA "Instagram" hesabı vasitəsilə Kaplanı təbrik edib. Emre Kaplan ilk olaraq 2019-cu ilin oktyabrında Azərbaycanın U-19 millisinə dəvət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!