Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başladı

İdman

28 Oktyabr 2023 00:00 1168


Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, son Avropa çempionatının qalibi olan Elşad Quliyevin komandası İraqla qarşılaşıb. Oyun Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

G qrupunun digər oyununda Misir Küveytə qalib gəlib (2:0). pizza sifarişi

Qeyd edək ki, G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.

Azərbaycan - İraq - 2:0

Qollar: Mirmehdi Rzayev, 16 (1:0), Elvin Əlizadə, 28-pen. (2:0).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!