Azərbaycan möhtəşəm uğurları ilə “Konstitusiya və Suverenlik ili”nə qədəm qoyur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan möhtəşəm uğurları ilə “Konstitusiya və Suverenlik ili”nə qədəm qoyur

Siyasət

29 Dekabr 2024 00:49 552


2024-cü ilin son günlərindəyik. Dövlətimizin başçısı İlham Əliyevin  31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa ənənəvi müraciəti cari ilin uğurlarının və qarşıdakı dövrün hədəflərinin təqdimatı olacaq. 2024-cü il öncə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri ilə yadda qaldı. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral prezident seçkilərində  cənab İlham Əliyevin inamlı qələbəsi 2024-cü ilin uğurlarının əsası oldu. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Yeni hədəflər 14 fevral  tarixində keçirilən andiçmə mərasimində bütün sahələr üzrə diqqətə çatdırıldı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu ilin zəfər səhifələrindən biri də Qazaxın  4 kəndinin qaytarılması oldu. Dövlətimizin başçısı İlham Əliyevin iradəsi və prinsipial addımları Ermənistanı həmin kəndləri qaytarmağa məcbur etdi.  pizza

Millət vəkili qeyd edib ki, 2024-cü il Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələrin edilməsi ilə diqqətdə oldu. Ötən ilin dekabrında dünyanın mötəbər tədbirinin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu. Dövlətimizin başçısı İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qəbul edilən qərarın əsasında böyük əminliklə vurğuladı ki, beynəlxalq nüfuzumuz gündən-günə artır. COP29-un  Azərbaycanda keçirilməsi ilə bağlı qərar dünya ictimaiyyəti tərəfindən ölkəmizə göstərilən böyük hörmət və rəğbət, eyni zamanda,  yaşıl enerjiyə keçidimizə verilən yüksək qiymət kimi dəyərləndirildi. 

Vüqar Rəhimzadə diqqəti “Yaşıl dünya naminə həmrəylik ili”ni uğurla başa vuran Azərbaycanın “Konstitusiya və Suverenlik ili”nə qədəm qoymasına diqqəti yönəldib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edildi. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan sənəddə də qeyd edildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Milli Məclisin deputatı bildirib ki, son 21 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev müasir müstəqil Azərbaycanı qalib, suverenliyi tam bərpa edilən  ölkə kimi dünyaya təqdim etdi.  2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi,  Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu.  Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr ölkəmizdə  Dövlət Suverenliyi Günü elan edildi.  Bu gün Azərbaycan  dövləti xalqımızın milli maraqlarını öndə saxlayaraq  yeni reallıqlar şəraitində müstəqil siyasətini prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!