Azərbaycan Müdafiə Nazirliyi İranın Türkiyə ərazisinə balikstik raket atmasını qətiyyətlə qınayıb.
Bu barədə “Yeni Sabah”a nazirlikdən bildirilib.
“Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Marqarita pizza
Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir.
Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik”, - Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, martın 13-də İrandan Türkiyəyə balikstik raket atılıb. Sursat Şərqi Aralıq dənizində yerləşən NATO Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bu, İranın Türkiyə ərazisinə atdığı 3-cü raketdir.
Telegram kanalımız