Azərbaycan müdafiə xərclərini artırır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan müdafiə xərclərini artırır

Siyasət

03 Sentyabr 2020 12:04 600


Azərbaycanın gələnilki dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılması gözlənilən vəsaitin xüsusi çəkisi açıqlanıb.

Yenisabah.az bildirir ki, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, gələn il müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi büdcə gəlirlərinin 15,3 faizi həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il Müdafiə və milli təhlükəsizlik xərcləri 3,954 milyard manatdan çox olacaq. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!