Azərbaycan müdafiə xərclərini azaldacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan müdafiə xərclərini azaldacaq

Siyasət

16 Oktyabr 2025 10:05 225


Azərbaycan hökuməti 2030-cu ilə qədər müdafiə və milli təhlükəsizlik üçün büdcə xərclərini 7,969 milyard manata (indiki məzənnə ilə 4,69 milyard dollar) azaltmağı planlaşdırır.

Yenisabah.az xəbər verir ki, Maliyyə Nazirliyinin saytında dərc olunan ortamüddətli büdcə materiallarına əsasən, 2026-cı ildə bu məqsədlər üçün xərclərin 8,715 milyard manat (5,12 milyard dollar) olacağı proqnozlaşdırılır.

Beləliklə, 2026-2029-cu illər arasında müdafiə və milli təhlükəsizlik xərcləri 8,6% azalacaq. 2026-cı ildə müdafiə xərcləri bütün dövlət büdcəsi xərclərinin 20,9%-ni təşkil edəcək. 2029-cu ildə bu pay 18,4%-ə qədər azalacaq. pizza sifarişi

2025-ci il üçün Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8,396 milyard manat (4,94 milyard dollar) olacağı proqnozlaşdırılır.

Oktyabrın 16-da dolların rəsmi məzənnəsi 1,7 manat olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!