Azərbaycan müğənnisi kliniki ölüm keçirib: “Getdim onu gördüm”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan müğənnisi kliniki ölüm keçirib: “Getdim onu gördüm”

Şou

19 İyul 2024 23:13 1126


Müğənni Natavan Həbibi kliniki ölüm keçirdiyini açıqlayıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə sənətçi “Xəzər axşamı” verilişində danışıb.

O bildirib ki, əməliyyat zamanı narkoza görə problem yaşayıb: Dominos pizza

“Narkozla bağlı qorxum var. Çünki əməliyyat olunanda anestezi fərqli təsir etmişdi. Ürəyim dayanmışdı. Kliniki ölüm keçirmişdim. Belə şeylərə bir az həssas yanaşıram ki, sağlamlıq gözəllikdən öndədir. Sağlamlıqla bağlı şikayətlənməyi xoşlamıram. Bu yaxınlarda da əməliyyat olunmuşam, may ayında. Kor bağırsağın partlamasından üç gün keçmişdi, zəhər qana keçirdi. Narkoz çox vurulduğu üçün ürəyim dayanmışdı. 3 dəqiqə kliniki ölüm olmuşdu. Ölümdən sonra nə varsa, getdim onu gördüm. Bizi çox fərqli şeylər gözləyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!