"Qarabağ"ın braziliyalı qapıçısı Vaqner da Silva ölkəsinin mətbuatına açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, 33 yaşlı futbolçu öncə Azərbaycanda yaşamaqdan və “Qarabağ”da oynamaqdan razılığını dilə gətirib:
"Uyğunlaşmaq çətin olmadı. Beynimdə həmişə mədəniyyətlərə və adətlərə uyğunlaşa bilməyəcəyim fikrləri var idi. Həyat yoldaşım və qızım Azərbaycanı çox sevir. “Qarabağ” çox yaxşı təşkilatlanmış klubdur. İnsanlar düzgündür və komandanın fantastik heyəti var. Bakı gözəl şəhərdir. Ölkəni az adam tanıyır, amma dünyanın ən təhlükəsiz yerlərindən biridir. Azərbaycana gələn hər bir əcnəbi özünü çox yaxşı hiss edir. Müsəlman ölkəsi olmasına baxmayaraq, başqa yerlərdə olduğu kimi sərt deyillər". Sezar pizza
Əlcək sahibi Ağdam klubunda ilk çıxışından da danışıb:
"Qarabağ"dakı karyerama böyük sürprizlə başladım. Gəldim və dörd gün sonra Çempionlar Liqasının ilkin mərhələsində debüt etdim. Praktiki baxımdan məlumatsız olduğum üçün bu, karyeramın ən diqqətəlayiq işlərindən biri idi. Sponsorum yenə də Azərbaycana göndərəcəkdi. Köhnə əlcək və köhnə buts var idi, oyun günü yağış yağırdı və biz qalib gəldik, qol da buraxmadım".
Naibə
Telegram kanalımız