Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edildi

Siyasət

06 Fevral 2025 20:12 206


Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə NATO Baş katibinin müavini Radmila Şekerinska arasında görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, görüşdə Sülh naminə tərəfdaşlıq (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun rəhbərlik etmiş olduğu sülhə dəstək əməliyyatlarına, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfəsi ilə bağlı məhsuldar müzakirə aparılıb.

Tərəflər, həmçinin Azərbaycanın nəqliyyat infrastrukturunun dünyanın nəqliyyat xəritəsindəki əvəzolunmaz rolundan və regiondakı cari inkişaflardan bəhs ediblər. Toyuqlu pizza

Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə təsadüf etmiş 2024-cü ildəki əməkdaşlıq yüksək dəyərləndirilib və 2025-ci il üçün əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!