Azərbaycan nefti 104 dollara düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti 104 dollara düşdü

İqtisadiyyat

03 Avqust 2022 09:32 2091


"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir.

Yenisabah.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,4 ABŞ dolları, yaxud 1,3 % azalaraq 104,57 ABŞ dolları təşkil edib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,04 ABŞ dollardan satılıb. Toyuqlu pizza

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!