Azərbaycan nefti - 120 dollar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti - 120 dollar

İqtisadiyyat

12 İyul 2022 11:00 1339


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,15 ABŞ dollar azalaraq 120,1 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 105,54 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Dördpendirli pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!