Azərbaycan nefti 6 dollar bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti 6 dollar bahalaşdı

İqtisadiyyat

04 Aprel 2023 10:32 2047


"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 6 dollara qədər bahalaşdı. 

Yenisabah.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,93 ABŞ dolları, yaxud 7,24 % artaraq 87,81 ABŞ dolları təşkil edib. 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.  Toyuqlu pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!