Azərbaycan nefti 7 dollara yaxın ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti 7 dollara yaxın ucuzlaşdı

İqtisadiyyat

29 Mart 2022 10:26 441


Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Yenisabah.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,59 ABŞ dolları və ya 5,3% azalaraq 117,28 dollar təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Dominos pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!