Azərbaycan nefti bahalaşdı: 100 dollara çatır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşdı: 100 dollara çatır

İqtisadiyyat

10 Fevral 2022 10:20 790


Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Yenisabah.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,36 ABŞ dolları və ya 1,42% artaraq 97,46 dollar təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Sezar pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!