Azərbaycan nefti bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

14 Sentyabr 2021 12:08 1211


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 73,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur. 

Bu barədə Yenisabah.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur. Dördpendirli pizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel çoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!