Azərbaycan nefti bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

25 Oktyabr 2019 21:56 774


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur. pizza hut

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,59 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!