Azərbaycan nefti bahalaşdı: 84 dolları ötdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşdı: 84 dolları ötdü

İqtisadiyyat

06 Yanvar 2022 11:24 915


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 84,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel çoxdur. 

Bu barədə Yenisabah.az-a  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur. pizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,89 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 80,9 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,91 dollar/barel çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!