Azərbaycan nefti bahalaşıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

25 Noyabr 2020 13:42 526


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 24-də 48,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.

Yenisabah.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 47,54 dollar/barel təşkil edib. Bu, əvvəlki göstəricidən 1,8 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 46,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,66 dollar/barel çoxdur. Dördpendirli pizza

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 46,78 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!