Azərbaycan nefti cüzi bahalaşdı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti cüzi bahalaşdı 

İqtisadiyyat

14 Yanvar 2023 10:55 1301


"Azeri Light" markalı Azərbaycan nefti cüzi bahalaşdı. 

Yenisabah.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,7 % artaraq 91,26 ABŞ dolları təşkil edib. 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.  Dördpendirli pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!