Azərbaycan nefti qızıl qiymətində:   135 dolları ötdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti qızıl qiymətində: 135 dolları ötdü

İqtisadiyyat

09 Mart 2022 10:16 1014


Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti artıb.

Yenisabah.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,7% və ya 7,28 dollar artaraq 135,99 dollar təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Marqarita pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!