Azərbaycan nefti ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

29 Oktyabr 2019 21:26 1024


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 28-də 65,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel azdır. Toyuqlu pizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,53 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!