Azərbaycan nefti ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

08 İyun 2024 16:02 1146


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,22 ABŞ dolları, yaxud 0,27 % azalaraq 80,69 ABŞ dolları təşkil edib.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 79,62 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Toyuqlu pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!