CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 4-də 59,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel azdır.
Yenisabah.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,11 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel azdır. pizza hut
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.
Telegram kanalımız