Azərbaycan neftinin qiymət: Bazarda vəziyyət dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiymət: Bazarda vəziyyət dəyişir

İqtisadiyyat

26 Fevral 2022 10:00 806


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,11 ABŞ dolları, yaxud 6,7 % azalaraq 99,11 ABŞ dollarına çatıb.

Yenisabah.az xəbər verir ki, “Brent” markalı neftin bir bareli 97,93 ABŞ dollardır.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Marqarita pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!