Azərbaycan neftinin qiyməti 110 dolları ötdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti 110 dolları ötdü

İqtisadiyyat

29 Aprel 2022 10:18 683


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,83 ABŞ dolları, yaxud 2,64 % artaraq 110,17 ABŞ dollarına çatıb. 

Bu barədə “Yeni Sabah"a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 107,26 ABŞ dolları olub. Toyuqlu pizza

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!