Azərbaycan neftinin qiyməti 121 dolları ötdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti 121 dolları ötdü

İqtisadiyyat

09 İyul 2022 11:26 1332


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53ABŞ dolları, yaxud 1,28% artaraq 121,25 ABŞ dolları təşkil edib. 

Bu barədə “Yeni Sabah"a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 107,15 ABŞ dollardan satılıb. Pepperoni pizza

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!