Azərbaycan neftinin qiyməti 90 dollara düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti 90 dollara düşdü

İqtisadiyyat

04 Noyabr 2023 09:35 3249


"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 90 dollara düşdü. 

Yenisabah.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,53 % azalaraq 90,67 ABŞ dolları təşkil edib. 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.  Marqarita pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!