Azərbaycan neftinin qiyməti dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti dəyişdi

İqtisadiyyat

18 Fevral 2022 11:12 659


Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Yenisabah.az-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,08 ABŞ dolları və ya 3,06% azalaraq 97,68 dollar təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 55 ABŞ dolları götürülüb. Pepperoni pizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!