Azərbaycan neftinin qiyməti yenidən aşağı düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti yenidən aşağı düşdü

İqtisadiyyat

03 Dekabr 2022 09:29 1147


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları, yaxud 2,16 % azalaraq 88,43 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, ərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 86,88 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. pizza mizza

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!