“Azərbaycan Nəşriyyatı” 4 milyon manat kapitalla dövlət qeydiyyatına alındı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Nəşriyyatı” 4 milyon manat kapitalla dövlət qeydiyyatına alındı

Maraqlı

11 Fevral 2022 09:39 827


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır. pizza mizza

Xatırladaq ki, Nazirlər Kabineti bu il yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Emin
    Nəşriyyat elə əvvəl də kommerisya qurumu idi, Nazirlər Kabinetinin qərarının da məsələyə birbaşa dəxli yoxdur. Bu prosess Prezidentin sərəncamına əsasən baş verib.
    4 years ago