Azərbaycan nömrəli maşın Zəngəzurda... - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nömrəli maşın Zəngəzurda... - Foto

Hadisə

11 Dekabr 2020 23:29 2629


Azərbaycan nömrəli avtomobil Gorus rayonunda peyda olub.

Yenisabah.az xəbər verir ki, bu haqda Ermənistanın “mediaport” teleqram kanalı yazıb.

Gorus ermənilərin Sünik dediyi Zəngəzur bölgəsində yerləşir. Ermənilər Azərbaycan hərbçilərinin tez-tez Zəngəzur bölgəsində göründüklərini deyirlər. Pepperoni pizza

– Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan Laçın azad edildikdən sonra 8 kilometr arxaya çəkildiklərini deyib;

– Tex (tarixi adı Dığ) kəndinin icma rəhbəri Narses Şadunt bildirib ki, azərbaycanlı hərbçilər kəndə gələrək, buranın Azərbaycana məxsus olduğunu bildiriblər;

– Aravus kəndinin icma rəhbəri Aqram Hovsepyan da 750 metr geri çəkilməyə məcbur olduqlarını bildirib.

Azərbaycan Ermənistanın işğal dövründə qeyri-qanuni pozduğu dövlət sərhədini xəritəyə uyğun olaraq, yenidən təşkil edir.

/Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!