Azərbaycan nümayəndə heyəti BMT-nin COP-27 iqlim konfransında iştirak edir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nümayəndə heyəti BMT-nin COP-27 iqlim konfransında iştirak edir

Maraqlı

07 Noyabr 2022 13:45 1024


Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəfləri Konfransı (COP27) öz işinə başlayıb. 

Bu barədə Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Pepperoni pizza

Noyabrın 18-dək davam edəcək konfransın əsas mövzuları iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma, müvafiq sahənin maliyyələşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Səfər çərçivəsində Misirin ətraf mühit naziri xanım Yasmin Fuad ilə görüş olub və digər görüşlərin də keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2016-ci ildə isə Paris Sazişini ratifikasiya edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!