Azərbaycan nümayəndə heyəti Moskvaya niyə getmədi? - “Bu, müvəqqəti epizoddur”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nümayəndə heyəti Moskvaya niyə getmədi? - “Bu, müvəqqəti epizoddur”

Dünya

18 İyul 2025 23:20 921


MDB-nin baş katibi Sergey Lebedev iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında Azərbaycan nümayəndələrinin iştirak etməməsinin müvəqqəti epizod olduğuna və tezliklə vəziyyətin normallaşacağına ümid etdiyini bildirib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, o, rəsmi Bakıdan heç bir mənfi rəy almadığını dilə gətirib:

“Düzünü desəm, bu gün Azərbaycan nümayəndə heyəti gəlmədi, amma gəlməməsinin səbəblərini bilmirik. Onlar bizə məlumat vermədilər, amma çox ümid edirəm ki, vəziyyət normallaşacaq və Azərbaycan inteqrasiya əməkdaşlığının fəal iştirakçısı olacaq və qalacaq. Ən az, Azərbaycanın prezidenti və baş naziri bizi buna inandırıb. Ümid edirik ki, bu, müvəqqəti epizoddur və tezliklə vəziyyət normallaşacaq”. pizza mizza

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan nümayəndə heyətinin Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsi ilə bağlı məlumat yayılıb. Azərbaycan nümayəndələri iclas iştirakçıları siyahısına daxil edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!