Azərbaycan Olimpiadada növbəti medalını qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Olimpiadada növbəti medalını qazandı

İdman

08 Avqust 2024 21:45 1023


Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Yenisabah.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində yer alan idmançımız qırğızıstanlı Amantur İsmayılovla qarşılaşıb.

Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. pizza hut

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərinin yarışda qazandığı ilk və tək mükafat olub. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!