Azərbaycan idmançılarının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb.
Yenisabah.az xəbər verir ki, Olimpiadaya 44 idmançı ilə qatılan komandamız 3 gümüş və 4 bürünc medal qazanıb.
Gümüş medalları Azərbaycanın aktivinə karateçilər Rafael Ağayev və İrina Zaretska, həmçinin sərbəst güləşçi Hacı Əliyev yazdırıblar. Dominos pizza
Bürünc medallara isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın pəhləvanımız Mariya Stadnik sahib olublar.
Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Atlanta-1996”dan sonra ilk dəfə olimpiadaları qızıl medalsız başa vurub.
Telegram kanalımız