Azərbaycan Olimpiadanın təxirə düşməsi ilə bağlı bu tədbirləri görəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Olimpiadanın təxirə düşməsi ilə bağlı bu tədbirləri görəcək

İdman

25 Mart 2020 10:11 757


Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə Olimpiadanın təxirə salınmasından sonra görüləcək işlərlə bağlı birgə bəyanat yayıb.

"Yeni Sabah" bəyanatı təqdim edir:

“Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun (COVID-19) yarada biləcəyi təhlükə ilə bağlı Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürmüş və qarşı tərəfdən müsbət cavab almışdır. Dominos pizza

Azərbaycan müstəqilliyi dövründə Olimpiya Oyunlarında daim fəal iştirak etmiş və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın Oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim xüsusi proqram əsasında aparılıb. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçiriləcək:

– Oyunların başlanmasına qalan bir il ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması; 

– 2020-ci ildə hazırlığın ən yüksək pilləsinə çatmiş idmançıların 2021-ci ilə kimi formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;

– federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;

– gənc və perspektivli idmançılarla işin gücləndirilməsi; 

– karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplanışlarının davam etdirilməsi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!