Azərbaycan OPEK-ə üzv olur?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan OPEK-ə üzv olur? - AÇIQLAMA

İqtisadiyyat

05 İyul 2023 21:27 4451


Azərbaycan OPEK-ə üzv olmaq məsələsini nəzərdən keçirmir.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin energetika naziri Pərviz Şahbazov məlumat verib.

“Prinsipcə, bu, yeni xəbər deyil, belə suallar qaldırılmalıdır. Amma hazırda biz bunu nəzərdən keçirmirik”, - o bildirib. Pepperoni pizza

Qeyd edək ki, çərşənbə günü OPEC Azərbaycana təşkilata üzv olmağı təklif edib. Bu, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Vyanada OPEC-in baş katibi Haysam Əl Qays ilə görüşündə baş verib.

Məlumata görə, OPEK-in baş katibi ilə müzakirələr zamanı dünya neft bazarının tarazlaşdırılması istiqamətində atılan addımlar və neft sənayesinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün tərəflərin iştirakı ilə dialoq və əməkdaşlıq mühitinin yaradılmasının zəruriliyi qeyd edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!