“Azərbaycan Ordusu Ermənistan ərazisinə müdaxilə edə bilər”.
Yenisabah.az xəbər verir ki, bu açıqlama ilə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc çıxış edib. O, belə bir tezis irəli sürüb ki, “Ordumuzun Ermənistan Ərazisinə daxil olmaq hüququ” var.
STM sədri fikrini belə əsaslandırıb: "Türkiyə “Ulusal güvenlik nedenleri” ilə İraqda necə əməliyyatlar aparırsa, Suriyaya “meşru müdafaa hakkı çerçevesinde” daxil ola bilirsə, Rusiya beynəlxalq təhlükəsziliyi və preventiv zərbə konsepsiyasını əlində əsas tutaraq 2008-ci ildə Gürcüstana necə daxil oldusa, Azərbaycan da beynəlxalq hüquqla əsaslandırılmış formada (Güc nəzəriyyəsi üçün hüquq sadəcə pərdə rolunu oynamaqdan başqa heç bir işə yaramır) Ermənistan ərazisinə daxil ola bilər. pizza
Azərbaycan da BMT-nin 51-ci maddəsini əlində rəhbər tutur, (BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən bu quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da bir dövlət olaraq tam bu hüquqa malikdir. Ermənistanın isə Azərbaycan dövlətinə qarşı təcavüzü BMT nizamnaməsinin 51-ci maddəsinin kobud surətdə pozulması deməkdir.) ordusu Ermənsitana keçə, möhkəmlənə, təhlükəsizlik qurşağı yarada və məhz bu hüquqa, maddəyə istinad etməklə prosesləri reallaşdıra bilər.
Telegram kanalımız