Azərbaycan 2023-cü il üçün dünya ordularının qüdrətinə görə “Global Firepower” reytinqində 57-ci yeri tutub.
Yenisabah.az xəbər verir ki, Azərbaycan ordusu 145 ordu arasında bu pilləni tutub. 2022-ci ildə o, 63-cü pillədə idi.
Gürcüstan 85-ci yerdədir. Ermənistan ordusu isə 94-cü pilləni tutur. Marqarita pizza
"Global Firepower" indeksi hesablayarkən, silahlar və əsgərlərin sayı ilə yanaşı, birləşmənin sayı, zirehli texnika, dəniz qüvvələri, müəyyən bir ölkənin təbii ehtiyatları, şəxsi heyətin sayı, hərbi büdcə və s. daxil olmaqla, 60 amili nəzərə alır.
İlk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniya daxildir. Qonşu dövlətlər sırasında Türkiyə 11-ci, İran isə 17-ci yerdədir.
Telegram kanalımız