Azərbaycan Ordusu sülhməramlıların konvoyunu atəşə tutmayıb

Azərbaycan Ordusu sülhməramlıların konvoyunu atəşə tutmayıb

Hadisə Veb saytların hazırlanması

20 Sentyabr 2023 00:34 257


Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingentinin (RSK) konvoyunu atəşə tutmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Caliber”ə hərbi mənbələrdən məlumat verilib.

“Azərbaycan Silahlı Qüvvələrinin erməni sakinləri kəndlərdən təxliyə edən Rusiya sülhməramlılarının konvoyunu guya atəşə tutması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan hər hansı faciənin qarşısını almaq üçün öz fəaliyyətini RSK ilə sıx əlaqələndirir”, - mənbə bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!