“Azərbaycan Ordusu Sünikdə varlığını dərindən hiss etdirir“   - Vahe Hakobyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Ordusu Sünikdə varlığını dərindən hiss etdirir“ - Vahe Hakobyan

Rəsmi

25 May 2021 14:26 1765


Azərbaycan ordusunun Zəngəzurdakı fəaliyyəti erməniləri təşvişə salıb.

Yenisabah.az xəbər verir ki, Sünik vilayətinin keçmiş valisi, Dirçəliş Ermənistan Partiyasının sədri Vahe Hakobyan Azərbaycan hərbçilərinin Gorayk kəndi ərazisində irəlilədiyin vurğulayıb. O, Azərbaycan qoşunlarının Sünikdəki varlığını dərindən hiss etdirdiyini qeyd edib.

“Status-kvo bərpa edilməlidir. Vəziyyət gərgin olaraq qalır. Belə davam edərsə, qorxuram ki, Sünik əhalisi ərazilərində düşmən qoşunlarının olduğu fikrini irəli sürəcəklər”,-deyə keçmiş vali bildirib. Sezar pizza

Onun fikrincə, Ermənistan hakimiyyəti və Müdafiə Nazirliyi vəziyyətə nəzarəti tədricən itirir və danışıqlar çıxılmaz vəziyyətə gəlir:

“Məsələnin güc yolu ilə həllinin mümkün olduğu an artıq yoxdur. İndi Ermənistanın hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin mindən çox əsgəri orada yerləşdirilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!