“Azərbaycan Ordusu xeyli irəlilədi, Xankəndidə isə...” - Qalstyandan etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Ordusu xeyli irəlilədi, Xankəndidə isə...” - Qalstyandan etiraf

Rəsmi

19 May 2021 20:21 2487


“Müharibə bitdikdən sonra Qarabağda ermənilərin mövqeyinin gücləndiyini görmədik, təhlükəsizlik məsələsi, ümumiyyətlə, yoxdur. Sosial proqramlarla diqqəti bu məsələlərdən yayındırırlar”.

Yenisabah.az xəbər verir ki, bu barədə Xankəndidə separatçıların “parlamentinin deputatı” David Qalstyan deyib.

Qalstyan bildirib ki, hər gün azərbaycanlıların yük maşınları Xankəndidən keçir: “Ermənilər saatlarla maşın karvanının keçməsini gözləyirlər. Nə qədər ağrılı olsa da, deməliyəm ki, bu gün Azərbaycanın diktəsindən asılıyıq”. Dördpendirli pizza

Qalstyan bildirib ki, Azərbaycan ordusu son günlərdə Qarabağda mövqelərini irəliyə çəkir: “Bu, fərqli istiqamətlərdə olub, lakin təhlükəsizliyə görə hansı ərazilər olduğunu deyə bilməyəcəm”./Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!