Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirildi

Maraqlı

08 May 2023 14:00 608


2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi hissələrində komanda-qərargah təlimləri keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb. Həmçinin qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilib, komandirlər tərəfindən qərarların məruzələri dinlənilib. Toyuqlu pizza

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas diqqət bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və çevik qərar qəbuletmə bacarıqlarının artırılmasına, eləcə də qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsinə yönəldilib.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!